Gürcüstanda enerji resurslarının istehlakı artıb

Region
  • 05 iyul, 2019
  • 07:59
Gürcüstanda enerji resurslarının istehlakı artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstanda 1 207 mln. kubmetr təbii qaz istehlak olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.

İllik müqayisədə qonşu ölkədə qaz istehlakı 22,1% artıb.

Hesabat dövründə Gürcüstanda 413,6 min ton neft məhsulu istehlak olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41 min ton və ya 11% çoxdur.

Bu ilin ilk dörd ayı ərzində qonşu ölkədə elektrik enerjisinin istehlakı da illik müqayisədə 0,23% artaraq 4336,2 kilovatt/saat təşkil edib.