Gürcüstanda azərbaycanlı gənc itkin düşüb - FOTO

Region
  • 04 sentyabr, 2019
  • 15:32
Gürcüstanda azərbaycanlı gənc itkin düşüb - FOTO

Gürcüstanın Qardabani rayon sakini 21 yaşlı Qasım Osmanov 14 gündür itkin düşüb.

Bu barədə “Report”un Gürcüstan bürosuna gəncin atası Canpolad Osmanov məlumat verib.

Onun sözlərinə görə, Q.Osmanov avqustun 21-də günorta saat 4-5 arası evdən çıxıb: “Oğlum heç kəsə xəbər vemədən səbəbsiz evdən gedib və geri dönməyib, mobil telefonunu da evdə qoyub”.

Ata bildirib ki, oğlunun xarici pasportu olmadığından onun xarici ölkəyə getməsi mümkün deyil: “Qasım pasportu ilə yalnız Türkiyəyə gedə bilər. Amma biz sərhəd-keçid məntəqlərindən maraqlanmışıq. O, Gürcüstanı tərk etməyib”.

C.Osmanov oğlunun sağlam və zərərli vərdişlərinin olmadığını deyib.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı gəncin itkin düşməsi barədə məlumatlandırılıb. Gəncin axtarışları davam etdirilir.