Gürcüstanda Azərbaycan vətəndaşı narkotikə görə saxlanılıb

Region
  • 22 dekabr, 2021
  • 07:44
Gürcüstanda Azərbaycan vətəndaşı narkotikə görə saxlanılıb

Gürcüstanda narkotiklərlə bağlı cinayətlərə görə 12 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər arasında 1998-ci il təvəllüdlü Azərbaycan və 1974-cü il təvəllüdlü Türkiyə vətəndaşı da var.

Saxlanılanlar qanunsuz olaraq külli miqdarda narkotik maddə alıb saxlamaqda, Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirməkdə və buna cəhddə ittiham olunurlar.

DİN-dən qeyd olunub ki, bu ay ərzində beş kiloqramdan artıq heroin və iki kiloqram kokain müsadirə edilib.