Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir
- 04 may, 2026
- 18:38
Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişləndirilir.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Türkiyənin yeni təyin olunmuş səfiri Mustafa Türker Arisin görüşündə bildirilib.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında iqtisadi əməkdaşlıq ildən-ilə inkişaf edir. Bu dinamika həm investisiya, həm də turizm sektorlarında özünü göstərir.
Tərəflər həmçinin nəqliyyat və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bildirilib ki, bu istiqamətlər regionda iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır.