Gürcüstan və Ermənistan parlament nümayəndələri regiondakı sülh prosesini müzakirə ediblər

Region
  • 28 oktyabr, 2025
  • 12:31
Gürcüstan və Ermənistan parlament nümayəndələri regiondakı sülh prosesini müzakirə ediblər

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Respublikası Milli Assambleyasının Elm, Təhsil, Mədəniyyət, Diaspor, İdman və Gənclər Komitəsinin sədri Sisak Qabrielyan və komitə üzvləri ilə görüş keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əlaqələrlə yanaşı, Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər. Qeyd olunub ki, bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi hər üç ölkə - Gürcüstan, Azərbaycan və Ermənistan üçün mühüm iqtisadi və sosial imkanlar yaradacaq.

Şalva Papuaşvili vurğulayıb ki, Gürcüstan həmişə Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyib və son hadisələr regionun inkişafı baxımından yeni bir mərhələyə keçid üçün mühüm fürsət yaradır.

Son xəbərlər

Bütün Xəbər Lenti