Gürcüstan və Ermənistan baş nazirləri regiondakı durumu müzakirə ediblər

Region
  • 26 oktyabr, 2023
  • 11:07
Gürcüstan və Ermənistan baş nazirləri regiondakı durumu müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən IV İpək Yolu Beynəlxalq Forumu çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

“Report” xəbər verir ki, İ.Qaribaşvili bu barədə “X”də yazıb.

O, N.Paşinyanla ikitərəfli və regional əməkdaşlığı, həmçinin Cənubi Qafqazdakı durumu müzakirə etdiyini bildirib.

Gürcüstan lideri ölkəsinin regiondakı sülh prosesinə töhfə verməyə hazır olduğunu qeyd edib.