Gürcüstan prezidenti müxalifətçini əfv edəcək
Region
- 21 aprel, 2021
- 16:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 27-də müxalifətçi Giorgi Ruruanı əvf edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, hakimiyyətlə siyasi böhrandan çıxış üzrə razılaşmanı imzalayan siyasi partiyalar parlamentin aprelin 27-də keçiriləcək plenar iclasına qatılacaqlar və əvf sərəncamı də həmin gün imzalanacaq.
Qeyd edək ki, G.Rurua Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biridir. O, 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması, saxlanılması faktı ilə bağlı həbs olunub və ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
16:40
Foto
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
Biznes
16:38
Romelu Lukaku Türkiyə millisi ilə matçda iştirak etməyəcək
Futbol
16:37
Zelenski: Ukrayna Danimarkada FREYJA ofisinin açılması üçün hazırlığı başa çatdırıb
Digər ölkələr
16:37
Foto
Azərbaycan Qana ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib
ASK
16:34
Foto
COP31-də Heydər Əliyev Fondu ilə Sıfır Tullantı Fondunun birgə pavilyonu açılıb
Region
16:33
Foto
COP31-də "Ölümcül Miras" sənədli filmi nümayiş olunub
Mədəniyyət siyasəti
16:32
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
Elm və təhsil
16:21
Kuşner: Avropalılar Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara cəlb olunmalıdır
Region
16:19
Foto
"Qızların Təhsilinə Dəstək" layihəsi çərçivəsində təltifetmə mərasimi olub
Elm və təhsil