​Gürcüstanda tank poliqonu fəaliyyətə başlayıb

Region
  • 13 avqust, 2015
  • 01:10
​Gürcüstanda tank poliqonu fəaliyyətə başlayıb

Bakı. 13 Avqust. REPORT.AZ/ Gürcüstanda Tbilisi yaxınlığında NATO-nun təlim mərkəzinin bir hissəsi olacaq yeni tank poliqonu istifadəyə verilib.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"Gürcüstan Ordusunun döyüş maşını heyətləri yeni poliqonda öz ustalıqlarını nümayiş etdiriblər", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, tankodrom 2008-ci il müharibəsində həlak olan kapral Roman Uqrexelidzenin adını daşıyacaq. O, IV piyada briqadasının 44-cü tank batalyonunun ikinci tank bölüyündə sürücü-mexanik kimi xidmət çəkib.