Gürcüstan Parlamentinin sədri: Zəngəzur dəhlizi regiona fayda gətirəcək

Region
  • 23 noyabr, 2025
  • 19:58
Gürcüstan Parlamentinin sədri: Zəngəzur dəhlizi regiona fayda gətirəcək

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması bütün region üçün, o cümlədən nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yeni perspektivlər açır.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bunu jurnalistin Zəngəzur dəhlizinin açılışından sonra Gürcüstanın Orta Dəhlizdəki mövqeyini itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında bildirib.

O, Zəngəzur dəhlizinin tikintisi təşəbbüsünü alqışlayıb. Qeyd edib ki, bu, bütün regiona fayda verəcək: "Bu, həm rəqabətin inkişafı, həm də yük daşınması üçün şəraitin yaxşılaşdırılması üçün vacibdir. Bu, özlüyündə regional sabitliyin bir siqnalıdır və region iqtisadiyyatına investisiyaların artımına və genişlənməsinə kömək edəcək", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti