Gürcüstan MSK: Seçici fəallığı 38,8 faiz təşkil edib

Region
  • 28 noyabr, 2018
  • 12:32
Gürcüstan MSK: Seçici fəallığı 38,8 faiz təşkil edib

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turunda saat 15:00-a olan seçici fəallığı açıqlanıb. 

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası seçici fəallığının 38,8% təşkil etdiyini açıqlayıb. 

İndiyə qədər 1 363 493 seçici artıq səsvermədə iştirak edib.