​Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq

Region
  • 03 noyabr, 2015
  • 12:21
​Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Gürcüstan Milli Bankı dövriyyəyə yeni 20, 50 və 100 lari əskinasları buraxacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Milli Bankın başçısı Georgi Kadaqidze bildirib.

Onun sözlərinə görə, yeni əskinaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq.

Yeni əskinasların dizayneri Baçana Malazoniyadır.

Qeyd edək ki, bu il Gürcüstan milli valyutasının dövriyyəyə buraxılmasının 20 illiyi tamam olur. 

44 - Tezliklə