Gürcüstan DİN: Dinc yolla devrilmə baş vermədi, amma dinc dağılma oldu

Region
  • 05 oktyabr, 2025
  • 12:08
Gürcüstan DİN: Dinc yolla devrilmə baş vermədi, amma dinc dağılma oldu

Ölkədə dinc yolla devrilmə baş vermədi, amma dinc dağılma oldu.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə açıqlamasında deyib.

G.Geladze bildirib ki, dünən baş verən aksiyada dinc yolla devrilmə baş verməyib, vəziyyət sülh yolu ilə tənzimlənib:

"Dünənki şiddətli aksiyada 30-dan çox polis əməkdaşı yaralanıb, onlardan bəziləri orta-ağır xəsarətlə evə buraxılıb. Hazırda yalnız iki polis əməkdaşı həkim nəzarətində qalır və onların vəziyyəti stabildir", - nazir bildirib.

O, həmçinin polis əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirib və vurğulayıb ki, istənilən qanun pozuntusuna ən sərt cavab veriləcək:

"Dünənki mitinqdə iştirak edən hər bir polis əməkdaşına təşəkkürümü bildirirəm. Proporsional güc kifayət qədər yüksək səviyyədə tətbiq olunub".

Son xəbərlər

Bütün Xəbər Lenti