Gürcüstan azərbaycanlıları prezident seçkilərində fəal iştirak edirlər

Region
  • 28 noyabr, 2018
  • 08:57
Gürcüstan azərbaycanlıları prezident seçkilərində fəal iştirak edirlər
Report

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda prezident seçkilərinin ikinci turu üzrə səsvermə dinc şəraitdə keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, seçkilərin birinci turu ilə müqayisədə rayonda seçici fəallığının daha yüksək olduğu müşahidə olunur.

Marneuli rayonu üzrə bütün seçki məntəqələrində seçicilər fəallıq nümayiş etdirirlər. Bu vaxta qədər rayonda səsvermə prosesi ilə bağlı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Marneuli rayon Seçki Komissiyasının məlumatına əsasən, saat 12:00 üçün seçicilərin fəallığı 18% təşkil edib.

44 - Tezliklə