Gürcüstan aralarında azərbaycanlı da olan 20 əcnəbini deportasiya edib

Region
  • 24 sentyabr, 2025
  • 14:58
Gürcüstan aralarında azərbaycanlı da olan 20 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 20 əcnəbini Gürcüstandan çıxarıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşlarıdır.

Gürcüstanda qanunsuz yaşadıqlarına görə onların qanunvericiliyə uyğun olaraq gələcəkdə ölkəyə girişləri də qadağan edilib.

DİN-dən bildirilib ki, Miqrasiya Departamentinin əsas vəzifələrindən biri ölkədə qanuni əsas olmadan yaşayan əcnəbi vətəndaşları müəyyənləşdirmək və onların çıxarılmasını təmin etməkdir. Nazirlikdən qeyd edilib ki, son tədbirlər ölkədə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına xidmət edir.

Son xəbərlər

Bütün Xəbər Lenti