Gümrünün keçmiş merinə qarşı üçüncü ittiham irəli sürülüb

Region
  • 21 noyabr, 2025
  • 11:15
Gümrünün keçmiş merinə qarşı üçüncü ittiham irəli sürülüb

Keçmiş Gümrü meri Vardan Gukasyana qarşı xuliqanlıq maddəsi ilə üçüncü ittiham irəli sürülüb.

"Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Ona ölkənin Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) ittiham irəli sürülüb.

Daha əvvəl məhkəmədə Gukasyan jurnalistlərə bildirib ki, o, "korrupsiyadan uzaqdır, məni ittiham edənlərin hamısı öz analarına və bacılarına pislik edir". O, həmçinin bildirib ki, "ədalət qalib gələcək, daxili türk isə zorlana biləcək".

Xatırladaq ki, Gukasyan rüşvət almaqda ittiham olunur, lakin o, təqsirini etiraf etmir. Müdafiə tərəfinin məlumatına görə, ittihamda göstərilən epizodların demək olar ki, hamısı Gukasyanın şəhər rəhbəri olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir. Daha sonra İstintaq Komitəsi Gukasyanın Rusiya ilə ittifaq yaradılması zəruriliyi ilə bağlı bəyanatlarına görə Cinayət Məcəlləsinin "Ermənistan Respublikasının suverenliyindən imtina etməyə ictimai çağırış" maddəsi ilə yeni cinayət təqibi başladıb.

Son xəbərlər

Bütün Xəbər Lenti