Gümrüdə rus əsilli şəxs bıçaqlanıb

Region
  • 15 iyun, 2015
  • 11:08
Gümrüdə rus əsilli şəxs bıçaqlanıb

Bakı. 15 iyun. REPORT.AZ/ Ermənistanın Şirak vilayətinin Gümrü şəhərində rus əsilli şəxs bıçaqlanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, yaralanan 65 yaşlı Lerman Seymanov "Gümrü" tibb mərkəzinə aparılıb.

Onda bıçaq yaraları ilə yanaşı, kəllə-beyin travması da aşkarlanıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

44 - Tezliklə