Fransa XİN: ABŞ-ın boykotuna baxmayaraq, İranla saziş qüvvədə qalır

Region
  • 01 avqust, 2018
  • 08:00
Fransa XİN: ABŞ-ın boykotuna baxmayaraq, İranla saziş qüvvədə qalır

Bakı. 1 avqust. REPORT.AZ/ "İranla nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ABŞ-ın boykotuna baxmayaraq qüvvədə qalır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

"Bu, çox vacib razılaşmadır. Çünki, bu, dünyada nüvə silahlarının yayılmasının və regionda gərginlik yaşanmasının qarşısını almağa imkan verir", - fransalı nazir "Franceinfo" radiosuna müsahibəsində bildirib.

Le Drian əlavə edib ki, Avropanın bu məsələdə ümumi mövqeyi var.

44 - Tezliklə