"Fənərbağça"nın prezidenti sərbəst buraxılıb
Futbol
- 20 dekabr, 2025
- 19:33
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik maddə əldə etmək" və "narkotik maddənin istifadəsinə şərait yaratmaq" ittihamları ilə ifadə verməyə çağırılan "Fənərbağça" klubunun prezidenti, iş adamı Sadettin Saran sərbəst buraxılıb.
"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.
Saran İstanbul Baş Prokurorluğunda təxminən 2 saat ifadə verib. Qan və saç nümunəsi götürülməsi üçün Tibb İnstitutuna göndərilən iş adamı prosedurların ardından yenidən məhkəməyə gətirilib. O, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Saran sərbəst buraxıldıqdan sonra "Eyüpspor" – "Fənərbağça" oyununun ikinci hissəsində stadiona daxil olaraq komandasını dəstəkləyib.
Son xəbərlər
23:16
İsrail Ordusu Qəzzada iki yaraqlının zərərsizləşdirildiyini bildirib
Digər ölkələr23:05
Holann İngiltərə Premyer Liqasında vurduğu qolların sayında Ronalduya çatıb
Futbol22:54
İtaliya polisi narkotik əməliyyatında 384 nəfəri həbs edib
Digər ölkələr22:37
Foto
Video
Oğuzda mikroavtobus qəzası nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə22:32
Livanın Baş naziri: "Hizbullah"ın tərk-silah olunmasının birinci mərhələsi tezliklə başa çatacaq
Digər ölkələr22:14
"Portu" 41 yaşlı Tiaqu Silva ilə müqavilə imzalayıb
Futbol22:02
İran Sin Cinpinin təşəbbüslərini dəstəkləyib və Çinlə əməkdaşlığı dərinləşdirmək istəyir
Region21:53
İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atıb
Biznes21:48
Video