Ermənistanın xarici işlər nazirinə yeni müavin təyin edilib

Region
  • 18 fevral, 2025
  • 09:40
Ermənistanın xarici işlər nazirinə yeni müavin təyin edilib

Robert Abisoqomonyan Ermənistanın xarici işlər nazirinə müavin təyin edilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Yeni təyinata qədər Abisoqomonyan xarici işlər nazirinin müşaviri vəzifəsində çalışıb, o, xarici işlər naziri Ararat Mirzoyanın dördüncü müavinidir.