Ermənistanın sabiq nazir müavininin daşınmaz əmlakı və 92 min dolları müsadirə oluna bilər
Region
- 06 fevral, 2026
- 17:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın müdafiə nazirinin sabiq müavini Artur Aqabekyanın bir neçə daşınmaz əmlakı və 92 min dolları qanunsuz əmlak kimi müsadirə oluna bilər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, Antikorrupsiya Məhkəməsi prokurorluğun müvafiq iddiasını icraata alıb. Xüsusilə, Aqabekyandan və onunla əlaqəli şəxslərdən üç daşınmaz əmlakın, İrəvanda dörd daşınmaz əmlakı almaq hüququnun, üç nəqliyyat vasitəsinin və qeyd olunan pul vəsaitlərinin müsadirə edilməsi təklif olunur.
A.Aqabekyan 2000-2007-ci illərdə müdafiə nazirinin müavini, 2007-2012-ci illərdə parlamentin deputatı olub.
Son xəbərlər
13:22
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
13:22
"Yandex" axtarış sisteminin Azərbaycandakı bazar payı 6,5 dəfə azalıb
İKT
13:19
SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb
Energetika
13:09
SOCAR qazma işlərini 74 %-dən çox artırıb
Energetika
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Ekologiya
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi