Ermənistanın sabiq iqtisadiyyat naziri yenidən saxlanılıb

Region
  • 07 noyabr, 2025
  • 13:59
Ermənistanın sabiq iqtisadiyyat naziri yenidən saxlanılıb

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan yenidən saxlanılıb.

"Report"un Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, bunu onun qardaşı Avetik Kerobyan bildirib.

O, evində aparılan axtarışdan sonra saxlanılıb və bunun səbəbləri hələ məlum deyil.

2024-cü ilin əvvəlində nazirə və İqtisadiyyat Nazirliyinin bir sıra əməkdaşlarına qarşı cinayət işləri açılıb. Onlar intensiv bağçılıq proqramının həyata keçirilməsi zamanı vəsaitin mənimsənilməsində, həmçinin tenderdə iştirak edən şirkətlərə maneələr yaratmaqda ittiham olunublar. V.Kerobyan bu iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin qeyri-qanuni olması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. O, bir neçə ay ev dustaqlığında olub və 2024-cü ilin iyun ayında azadlığa buraxılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti