Ermənistanın keçmiş müdafiə naziri barəsində həbs qərarı qüvvədə saxlanılıb

Region
  • 27 mart, 2023
  • 07:47
Ermənistanın keçmiş müdafiə naziri barəsində həbs qərarı qüvvədə saxlanılıb

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində həbs qərarı qüvvədə saxlanılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Apellyasiya Məhkəməsindən bildirilib.

Qeyd olunub ki, onun həbs tələbinin ləğvi barədə vəsatət rədd edilib.

Sarkisyan hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə təqsirləndirilir. Eks-nazir özü bunu siyasi təqibin təzahürü adlandırıb.

Xatırladaq ki, bu il fevralın 9-da onun barəsində cinayət işi açılıb, keçmiş nazir axtarışa verilib.

44 filmi