Ermənistanın Kassasiya Məhkəməsinin sabiq sədrinin evinə silahlı basqın olub
Region
- 29 avqust, 2018
- 06:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistanın Kassasiya Məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın evinə silahlı basqın olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan bildirib.
Onun sözlərinə görə, Kotayksk vilayətinin Dzorahbyur kəndində yerləşən evə avtomatla silahlanmış üç nəfər maskalı şəxs hücum edərək atəş açıblar. Həmin vaxt A.Mkrtumyanın özü və ailə üzvləri evdə olub. İnsident nəticəsində xəsarət alanlar var.
Hücum edənlərdən biri zərərsizləşdirilərək tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, A.Mkrtumyan 2008-2018-ci illərdə Ermənistan Kassasiya Məhkəməsinin sədri olub.
Son xəbərlər
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda