Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
Region
- 04 sentyabr, 2021
- 07:38
Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Mile Milenkovski saxlanılıb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, diplomat avqustun 27-də “Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.
Şimali Makedoniyanın “Alsat-M” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.
M.Milenovskinin saxlanmasına səbəb 2018-ci ildə onun başçılığı ilə Şimali Makedoniyanın üç diplomatının Ermənistanın keçmiş hakimiyyətinin adı açıqlanmayan, korrupsiyada və külli miqdarda mənimsəmədə ittiham olunan təmsilçisinin Ermənistandan qaçmasına kömək etməsi olub.
Bildirilib ki, cinayət işi üzrə istintaq davam etdirilir.
Son xəbərlər
17:12
Azərbaycan Qəzzada sülhməramlılıqla bağlı praqmatik mövqe ortaya qoyub - RƏY
Xarici siyasət17:05
Türkiyə Futbol Federasiyası 108 məşqçinin mərc oynadığını aşkarlayıb
Futbol17:00
Aydın baxış və strateji yanaşma - Prezidentdən ustad dərsi - ŞƏRH
Analitika17:00
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Hadisə16:53
2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub
Hadisə16:52
Keçən il sərhəddə qeyri-qanuni miqrasiya ilə məşğul olan 12 mütəşəkkil dəstə zərərsizləşdirilib
Hadisə16:50
Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb
Hadisə16:49
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
Biznes16:49
Foto
Video