Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq
Region
- 03 sentyabr, 2025
- 13:46
2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və "Yol Departamenti" fondudur.
Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 - 199+000 km hissəsində çəki stansiyasının tikintisindən gedir. Tikinti işlərinə memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanılacaq.
Beynəlxalq standartlara uyğun mebel və texniki vasitələrlə təchiz ediləcək yeni stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır.
Son xəbərlər
18:39
"Mançester Yunayted"in futbolçusu uzunmüddətli zədədən sonra məşqlərə başlayıb
Futbol18:35
Foto
Video
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Hərbi18:32
Foto
NATO ilə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib
Xarici siyasət18:29
HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək
Digər ölkələr18:22
Özbəkistan Türk Dövlətləri Parlament Assambleyasına üzvlüyə hazırlaşır
Xarici siyasət18:20
Rostovda həbsxanada terror aktının qarşısı alınıb
Region18:16
Dəfn olunan itkin-şəhidin anası: İndi rahat ölə bilərəm
Daxili siyasət17:58
"Lənkəran"ın baş məşqçisi: "Ordu" ilə oyunda çox top itkilərinə yol verdik"
Komanda17:57