Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb

Region
  • 28 may, 2024
  • 19:04
Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb

Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.

Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.