Kamo Tsutsulyan Ermənistanın polis rəisi təyin edilib

Region
  • 19 yanvar, 2026
  • 16:40
Kamo Tsutsulyan Ermənistanın polis rəisi təyin edilib

Kamo Tsutsulyan polis rəisi - Ermənistan daxili işlər nazirinin müavini təyin edilib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, müvafiq qərarlar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

O daha əvvəl, Daxili İşlər Nazirliyi (DİN) Xilasetmə Xidmətinin direktoru - daxili işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Baş nazirin digər qərarı ilə Aram Qazaryan polis rəisi - daxili işlər nazirinin müavini vəzifəsindən azad edilərək qurumun Xilasetmə Xidmətinin direktoru - Ermənistan daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

A.Qazaryan 2025-ci ilin iyun ayından DİN-in polis rəisi vəzifəsini tutub. K.Tsutsulyan isə 2023-cü ilin yanvarında Xilasetmə Xidmətinin direktoru təyin edilmişdi.

44 - Tezliklə