Ermənistanda nazirlik binasına bomba qoyulması xəbəri yanlış çıxıb - YENİLƏNİB

Region
  • 01 sentyabr, 2017
  • 09:40
Ermənistanda nazirlik binasına bomba qoyulması xəbəri yanlış çıxıb - YENİLƏNİB

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yanlış çıxıb.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazirliyin əməkdaşları iş yerlərinə qayıdıblar.

***12:52

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bomba həyəcanı ilə əlaqədar Yerevanda Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında olan insanlar evakuasiya edilib.

"Report"un "Novosti-Armeniya"ya istinadən verdiyi xəbər görə, nazirlik binasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olduqdan sonra oradakı əməkdaşların evakuasiyası həyata keçirilir.

Respublika meydanında yerləşən nazirlik binasına əməliyyatçılar göndərilib.