Ermənistanda müxalifət fraksiyası Paşinyana etimadsızlıq göstərəcək

Region
  • 16 sentyabr, 2025
  • 12:27
Ermənistanda müxalifət fraksiyası Paşinyana etimadsızlıq göstərəcək

Ermənistanın müxalifəti təmsil edən "Şərəfim var" fraksiyası parlamentdə Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, "Milli böhran və idarəetmədə uğursuzluqlarla əlaqədar Ermənistan Baş nazirinə etimadsızlıq göstərilməsi haqqında" bəyanatın mətnini fraksiya rəhbəri Hayk Mamicanyan sosial şəbəkələrdə paylaşıb.

Məlumatda milli birlik keçid hökumətinin formalaşdırılması təklif olunur.

"Ermənistanın gələcəyinə inanan bütün siyasi qüvvələri, vətəndaş cəmiyyətini və ayrı-ayrı vətəndaşları hazırda hakimiyyət dəyişikliyinin ən real üsulu olan baş nazirə etimadsızlıq ifadə etmə prosesi ətrafında birləşməyə çağırırıq", - bəyanatda bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti