Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 4 249-a yüksəlib

Region
  • 10 may, 2021
  • 08:08
Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 4 249-a yüksəlib

Ermənistanda son sutkada koronavirusa 83 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 219 353-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 249-a yüksəlib.

Koronavirusa yoluxan 205 200 nəfər sağalıb. Hazırda 8 863 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

44 filmi