Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb - YENİLƏNİB

Region
  • 11 aprel, 2020
  • 10:23
Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artıb - YENİLƏNİB

Ermənistanda koronavirusa yoluxanların sayı 977-ə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Baş nazir bu günədək 13 nəfərin öldüyünü qeyd edərək onların orta yaş həddinin 76,2 olduğunu bildirib.

Qeyd edək ki, aprelin 11-də səhər saatlarında Ermənistanın Səhiyyə Nazirliyi 766 nəfərin yoluxduğuna dair məlumat yaymışdı.


*** 11:47

Ermənistanda koronavirusdan ölənlərin sayı 13-ə çatıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş 86 və 81 yaşlarında iki pasiyent ikitərəfli pnevmoniyadan ölüb.

Bildirilib ki, son sutkada 29 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 966-a çatıb.