Ermənistanda koronavirusa yoluxanların sayı 227 111-ə çatıb

Region
  • 16 iyul, 2021
  • 07:14
Ermənistanda koronavirusa yoluxanların sayı 227 111-ə çatıb

Ermənistanda daha 162 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 227 111-ə çatıb. Son sutkada daha 2 nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 558-ə yüksəlib.

Koronavirusa yoluxan 218 128 nəfər sağalıb, 3 315 pasiyent müalicə olunur.