Ermənistanda koronavirusa yoluxan 28 nəfərin vəziyyəti ağırdır

Region
  • 02 may, 2020
  • 10:32
Ermənistanda koronavirusa yoluxan 28 nəfərin vəziyyəti ağırdır

Koronavirusa 2 273 yoluxma faktının qeydə alındığı Ermənistanda 28 nəfərin vəziyyəti ağırdır.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan “Facebook”da yazıb.

Onun sözlərinə görə, 5 nəfər ağciyər ventilyasiya aparatına qoşulub.

Nazir qeyd edib ki, 454 nəfər pnevmoniyadan müalicə alır, onlardan 63 nəfərin vəziyyəti ağırdır. 

44 - Tezliklə