Ermənistanda koronavirusa qarşı peyvənd olunmayanlar pullu müalicə alacaq

Region
  • 14 dekabr, 2021
  • 06:42
Ermənistanda koronavirusa qarşı peyvənd olunmayanlar pullu müalicə alacaq

Ermənistan Səhiyyə Nazirliyi fevralın 1-dən koronavirusdan stasionar müalicəyə görə ödəniş tətbiqi ilə bağlı qərar qəbul edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, koronavirusdan peyvənd olunmayanların müalicəsi 800 min drama (1700 ABŞ dolları) başa gələcək.

Bu qərarın məqsədi ölkədə peyvəndləməni sürətləndirmək, həmçinin koronavirusun yeni növlərinə qarşı mübarizəni daha səmərəli təşkil etməkdir.

Koronavirusdan peyvənd olunmayanlar üçün ödənişli müalicə tətbiqi oktyabr ayından gündəmdədir.