Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladılıb
Region
- 22 iyun, 2021
- 09:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.
“Report” xəbər verir ki, bu barədə sabiq deputatın özü “Sputnik Armeniya”ya məlumat verib.
Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.
Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.
Qeyd edək ki, Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.
Son xəbərlər
19:25
Foto
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib
ASK
19:20
Tramp: ABŞ İranla müharibəni tez başa çatdıra və ya bütün nefti götürə bilər
Digər ölkələr
19:14
Gəncədə beşaylıq körpə ölüb
Hadisə
19:11
Foto
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub
Elm və təhsil
19:03
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
Xarici siyasət
18:57
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
Hadisə
18:48
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Xarici siyasət
18:44
Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Region
18:44
"Kür"ün kapitanı: "Cavab oyunumuz çətin keçəcək"
Komanda