Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açılıb

Region
  • 26 fevral, 2024
  • 08:36
Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açılıb

Ermənistan ordusunun əsgəri Avaq Zakaryanın ölümü ilə bağlı qətl maddəsi üzrə cinayət işi açılıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

O bildirib ki, faktla bağlı ibtidai istintaq aparılır, ətraflı məlumat daha sonra veriləcək.