Ermənistanda Dilican tuneli yaxınlığında qəza olub, 13 nəfər yaralanıb

Region
  • 11 aprel, 2017
  • 09:22
Ermənistanda Dilican tuneli yaxınlığında qəza olub, 13 nəfər yaralanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Ermənistanda Dilican tuneli yaxınlığında baş verən yol qəzası nəticəsində 13 nəfər yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, qəza Yerevan-Sevan-İcevan avtomobil yolunun 78-ci kilometrliyində “Daweoo” və “Volkswagen” minik avtomobillərinin toqquşması nəticəsində baş verib. 

Məlumata görə, yaralılardan biri 63 yaşlı Arevik Q. Ermənistan Mərkəzi Bankının Dilicandakı Təlim Mərkəzinin əməkdaşıdır.

44 - Tezliklə