Ermənistanda bizneslə məşğul olanların sayı kəskin azalıb

Region
  • 16 iyun, 2016
  • 13:42
Ermənistanda bizneslə məşğul olanların sayı kəskin azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ Ötən il Ermənistanda bizneslə məşğul olan şəxslərin sayı 3100 nəfər azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının hesabatında bildirilib. 

Mərkəzi Bankın "Ermənistanın maliyyə sistemi: nəzarət, tənzimləmə" adlı hesabatında qeyd olunub ki, 2015-ci ildə bankların hüququ şəxs qismində olan müştərilərinin sayı 4,1 faiz azalaraq, 76,4 min təşkil edib. Bu da əvvəlki dövrlərlə müqayisədə onların sayının 3100 nəfər azalması deməkdir: "Bu onu göstərir 3100 hüquqi şəxs fəaliyyətini dayandırıb".

Ermənistan hökuməti isə məlumatı təkzib edib.

44 filmi