Ermənistanda bir gündə 818 yoluxma faktı qeydə alınıb

Region
  • 12 mart, 2021
  • 07:02
Ermənistanda bir gündə 818 yoluxma faktı qeydə alınıb

Ermənistanda son sutkada daha 818 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 177 104-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 243-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 835 nəfərdir. İndiyədək 165 441 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 308 aktiv koronavirus xəstəsi var.

44 - Tezliklə