Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb
Region
- 06 noyabr, 2018
- 06:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ Ermənistanda baş verən yol qəzasında 4 nəfər ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə noyabrın 5-dən 6-na keçən gecə paytaxt Yerevanın Noraqavit inzibati ərazi dairəsində qeydə alınıb.
Belə ki, Yerasxavan-Yerevan yolu ilə hərəkət edən “Nissan Tiida” markalı avtomobil Dövlət Yol Polisi məntəqəsinin hasarına çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər hadisə yerində ölüb, ağır yaralanan 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Ölən 3 nəfərin meyiti isə zərbə nəticəsində maşından yola atılıbmış. Həmin meyitlər qəza yerindən bir neçə metr aralıda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:37
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Region
21:35
Pərviz Şahbazov: "Neft bazarının sabitliyi üçün tələb və təklif balansı mühümdür" – YENİLƏNİB
Energetika
21:25
Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb
Digər ölkələr
21:14
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika
21:06
Qrenlandiyada deputatların əksəriyyəti ABŞ ilə razılaşmanı dəstəkləyib
Digər ölkələr
20:55
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
Futbol
20:54
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Elm və təhsil
20:54
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Elm və təhsil
20:50
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Hadisə