Ermənistanda yeparxiya rəhbəri iki ay müddətinə həbs olunub - YENİLƏNİB

Region
  • 16 oktyabr, 2025
  • 10:00
Ermənistanda yeparxiya rəhbəri iki ay müddətinə həbs olunub - YENİLƏNİB

İrəvanda məhkəmə Araqasotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyanı 2 ay müddətinə həbs edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu vəkil Yerem Sarkisyan bildirib.

Bundan əvvəl yeparxiyanın dəftərxana rəhbəri Qaregin Arsenyanın həbs edildiyi məlum olub.

Onlara, xüsusilə mitinqlərdə iştiraka məcbur etməklə bağlı ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Proşyan Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin qohumudur.

Ermənistanda Araqatsotn yeparxiyasının dəftərxana rəhbəri keşiş Qaregin Arsenyan bir ay müddətinə həbs edilib.

"Report"un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu vəkil Ara Zoqrabyan bildirib.

Bundan əlavə, oktyabrın 15-i Erməni Apostol Kilsəsindən bildirilib ki, güc strukturları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanılıb. Din xadimlərinə qarşı qaldırılan iş mitinqlərdə iştiraka məcburetmə ilə bağlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti