Ermənstan XİN: Türkiyəyə aviareyslər Gümrüdən həyata keçirilə bilər

Region
  • 05 noyabr, 2025
  • 10:58
Ermənstan XİN: Türkiyəyə aviareyslər Gümrüdən həyata keçirilə bilər

Ermənistan və Türkiyə iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu gün keçirilən "Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Türkiyəyə aviareyslərin Gümrüdən də (Ermənistanın ikinci böyük şəhəri) həyata keçirilməsinin təmin olunacağı gözlənilir.

Hazırda aviareyslər İrəvan və İstanbul arasında həyata keçirilir.

Nazir vurğulayıb ki, tərəflər arasında hava əlaqələrinin artırılması ilə bağlı razılaşma bu il sentyabrın 12-də İrəvanda iki ölkənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın görüşü zamanı əldə edilib.

"Onilliklərlə sərhədlər bağlı olduğu şəraitdə insanlar səyahət edir, bir-birini ziyarət edir, ticarət xeyli hiss olunurdu. Problem ondan ibarət idi ki, bu ticarət üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi. Reyslər var idi və hələ də var. İrəvan, Gümrü və Türkiyə şəhərlərinə: İstanbul, Ankara və s. reyslərinin sayının artırılması barədə razılaşma mövcuddur. Türkiyə ilə problem ondan ibarətdir ki, sərhəd bağlıdır və diplomatik münasibətlər yoxdur", - o bildirib.

Ermənistanın XİN rəhbəri, həmçinin qeyd edib ki, hazırda Ankara və İrəvan arasında siyasi dialoq olduqca intensiv və məzmunludur: "Diplomatik münasibətlərin olmaması və bağlı sərhədlər səbəbindən yaranan boşluğu doldurmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi üzrə digər tədbirlər də müzakirə olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti