Ermənistan XİN başçısı: "KTMT və Rusiyadan daha çox şey gözləyirdik"

Region
  • 21 iyul, 2023
  • 12:11
Ermənistan XİN başçısı: KTMT və Rusiyadan daha çox şey gözləyirdik

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyadan daha çox şey gözləyirdik".

"Report" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rəsmi İrəvanın müharibədən sonrakı gözləntiləri haqqında danışarkən bildirib.

A.Mirzoyan hesab edir ki, Ermənistan cəmiyyətində Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətləri ilə bağlı məyusluq var.

"KTMT-yə müraciət etdik, baş katibin rəhbərlik etdiyi missiya gəldi. Amma biz daha çoxunu gözləyirdik, bu, sirr deyil", - o qeyd edib

44 filmi