Ermənistan və Hindistan müdafiə sahəsində əməkdaşlıq planı imzalayıb

Region
  • 23 oktyabr, 2025
  • 20:16
Ermənistan və Hindistan müdafiə sahəsində əməkdaşlıq planı imzalayıb

Hindistanın Heydərabad şəhərində ikitərəfli müdafiə sahəsində əməkdaşlıq üzrə Hindistan-Ermənistan Birgə İşçi Qrupunun məsləhətləşmələri keçirilib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, məsləhətləşmələrə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Vişveş Neqi rəhbərlik edib.

Söhbət zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Növbəti görüşün Ermənistanda keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Görüşün yekununda Ermənistan və Hindistan arasında 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Proqram hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlim, təcrübə mübadiləsi, müdafiə rəsmiləri və ekspertlərinin qarşılıqlı səfərlərini nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti