Ermənistan SQ-nın Baş Qərargah rəisinin müavini qəzaya düşüb

Region
  • 29 dekabr, 2016
  • 08:00
Ermənistan SQ-nın Baş Qərargah rəisinin müavini qəzaya düşüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Enriko Apriamov avtomobildə olarkən qəzaya düşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan E.Apriamov və sürücüsünün müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Onların həyatı təhlükədə deyil.

Yol qəzası Qəmərli şəhərinə gedən yolda baş verib.