Ermənistan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri quracağına ümid edir
- 24 noyabr, 2023
- 11:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ermənistan hakimiyyəti Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri quracağına ümid edir".
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, son illər Ermənistanın xarici işlər naziri Səudiyyə Ərəbistanının rəsmiləri ilə iki dəfə görüşüb, telefon danışığı aparıb: “Çoxsaylı işgüzar müzakirə olub”.
Baş nazir bildirib ki, münasibətlərdə irəliləyiş var: “Yaxın zamanda Ermənistanla Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr qurulacağına ümid edirəm. Bu, çox vacib hadisə olacaq”.
Nikol Paşinyan qeyd edib ki, sentyabradək Əl-Riyada mövsümü təyyarə reysləri reallaşıb: “Gələn il bunun davamlı olacağına ümidvaram”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil.