Ermənistan Qazaxıstan və Rusiyadan buğda idxalını yalnız dəmir yolu ilə həyata keçirə bilər

Region
  • 04 noyabr, 2025
  • 17:21
Ermənistan Qazaxıstan və Rusiyadan buğda idxalını yalnız dəmir yolu ilə həyata keçirə bilər

Ermənistan həm Qazaxıstandan, həm də Rusiyadan yalnız dəmir yolu ilə buğda idxal etməyə başlaya bilər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevork Papoyan parlamentin daimi komissiyalarının birgə iclasında "Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bununla bağlı iki vacib hadisə baş verir. Ümid edirəm ki, bundan sonra Ermənistan buğdanı yalnız dəmir yolu ilə idxal edəcək. Həm Qazaxıstandan, həm də Rusiyadan idxal iqtisadi cəhətdən çox məqsədəuyğundur, çünki bu halda buğdanın dəyəri əhəmiyyətli dərəcədə azalır", - o bildirib.

Daha əvvəl Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisi ilə Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.

"Yəni bu baxımdan çox maraqlı irəliləyişlər əldə etmişik. Hazırda "Rusiya Dəmir Yolları" regiondakı həmkarları ilə birlikdə bu daşımaların təşkil edilməsi məsələlərini həll edir", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti