Ermənistan Prezidenti KTMT-dəki yeni səlahiyyətli nümayəndəni təyin edib

Region
  • 22 noyabr, 2018
  • 08:38
Ermənistan Prezidenti KTMT-dəki yeni səlahiyyətli nümayəndəni təyin edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Ermənistan Prezidenti Armen Sarkisyan Viktor Biyaqovu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) yeni səlahiyyətli nümayəndəsi təyin edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Digər fərmanla David Virabyan Ermənistanın KTMT-dəki səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Daha əvvəl V.Biyaqov ölkənin Milli Assambleya (parlament) aparatının xarici əlaqələr şöbəsinə rəhbərlik edib.

44 - Tezliklə