Ermənistan prezidenti Britaniya XİN başçısının müavini ilə ölkədəki vəziyyəti müzakirə edib

Region
  • 03 may, 2018
  • 16:57
Ermənistan prezidenti Britaniya XİN başçısının müavini ilə ölkədəki vəziyyəti müzakirə edib

Bakı. 3 may. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyanla Britaniyanın dövlət naziri, xarici işlər nazirinin müavini Alan Dankan arasında telefon danışığı olub. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Ermənistandakı siyasi böhranı müzakirə ediblər. Onlar böhranın ölkənin konstitusiyası çərçivəsində konstruktiv dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub.