Ermənistan parlamentində Gümrü hadisələrinin müzakirəsi təxirə salınıb
Region
- 20 yanvar, 2015
- 05:47
Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistan parlamenti Gümrüdəki hadisələrlə bağlı müşavirəni təxirə salıb.
"Report" Ermənistan informasiya vasitələrinə istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya hərbçisinin yaraladığı 6 aylıq körpənin yanvarın 19-da ölməsi göstərilib.
Xatırladaq ki, yanvarın 20-də Ermənistan parlamentinin dövlət-hüquq, xarici siyasət, daxili işlər və təhlükəsizlik məsələləri üzrə komissiyalarının birgə müşavirəsinin keçirilməsi planlaşdırılmışdı.
Qeyd edək ki, yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək, həbs olunub. Onun yaraladığı 6 aylıq körpə isə dünən ölüb.
Son xəbərlər
16:32
"Elektron kredit və zəmanət" sisteminin Əsasnaməsi" dəyişib
Biznes16:29
Fərid Qayıbov beynəlxalq arenada medal qazanan idmançıları təbrik edib
Fərdi16:29
Bakıda iki marşrut üzrə avtobuslar yenilənir
İnfrastruktur16:21
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Futbol16:20
İqtisadiyyat Nazirliyinin xidmətlərinə I yarımildə 13 milyondan artıq müraciət olub
Biznes16:16
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır
Elm və təhsil16:08
Qara dəniz enerji dəhlizi layihəsində işlənmə mərhələsinə keçilib
Energetika16:04
Foto
Qaxda Aqrar Biznes Festivalı keçirilib
ASK15:59